01 dekabr 2024 09:15
404

"Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Bu gün Misli Premyer Liqasında "Neftçi" "Qarabağ"ı qəbul edəcək.

“İki sahil” xəbər verir ki, XV turun sonuncu matçı saat 19:00-da start götürəcək.

Qarşılaşma "Neftçi Arena"da baş tutacaq. Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 34 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 13 xalla 7-ci sıradadır.

Misli Premyer Liqası
II dövrə, XV tur
1 dekabr
19:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev.
VAR: Kamal Umudlu.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
"Neftçi Arena"