30 noyabr 2024 16:25
379

MPL:  “Kəpəz” sonuncu pillədən qurtuldu

Misli Premyer Liqasının 15-ci turu çərçivəsində "Şamaxı" öz meydanında "Kəpəz"i qəbul edib.

“İki sahil”in məlumatına görə, oyunda yeganə qolu 70-ci dəqiqədə “Kəpəz”in futbolçusu Luis Paçu vurub.

Bununla da xallarının sayını 10-a çatdıran Gəncə təmsilçisi turnir cədvəlinin sonuncu pilləsindən qurtulub.

Hazırda “Kəpəz” 10 xalla turnir cədvəlində 9-cu, “Səbail” isə 8 xalla sonuncu pillədə qərarlaşıb.

Misli Premyer Liqası,

15-ci tur

30 noyabr (şənbə)

14:30. “Şamaxı” 0–1 “Kəpəz”

Qol: Luis Paçu, 70 (0-1)

Hakimlər: İnqilab Məmmədov, Zöhrab Abbasov, Rahil Ramazanov, Əkbər Əhmədov

VAR: Tural Qurbanov

AVAR: Teymur Teymurov

Şamaxı şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”