30 noyabr 2024 15:03
353

"Araz-Naxçıvan" böyükhesablı qələbə qazanıb

Azərbaycanın futzal üzrə Yüksək Liqasının V turunda "Araz Naxçıvan" böyükhesablı qələbə qazanıb.

“İki sahil” xəbər verir ki, Naxçıvan təmsilçisi Azərbaycanın U-19 millisi ilə qarşılaşıb.

"Olimpik Star"da keçirilən görüş son ölkə çempionunun 11:0 hesablı qələbəsi ilə yekunlaşıb.