29 noyabr 2024 17:49
164

Oktyabrda qızıl ixracından gəlirlər 3 dəfəyə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 163,4 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,7% çoxdur.

Bu barədə "İki sahil" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın noyabr sayına istinadən xəbər verir.

Məlumata görə, 2023-ci ilin müvafiq dövründə qızıl ixracının ümumi dəyəri 118,7 mln. dollar təşkil edib.

Bildirilir ki, bu ilin oktyabrında Azərbaycandan 48,1 mln. dollarlıq qızıl ixrac olunub, bu da illik müqayisədə 2,85 dəfə çoxdur.