Xalq artisti Faiq Ağayev yeni klipini təqdim edib.
“İki sahil” xəbər verir ki, “La-La-La” adlanan layihə yutubda və musiqi platformalarında yayımlanıb.
Mahnının klipi 18 saat ərzində fasiləsiz çəkilib və ümumilikdə səhnələrdə 40 nəfər yer alıb. Söz və musiqisi Zamiq Əliyevə (Yap10) məxsus mahnını rejissor Toğrul Rzayev ekranlaşdırıb.
Klipdə meqastarın həmkarları Nigar Camal, Eldar Qasımov, Dilarə Kazımova, Murad Arif və fotoqraf İsmayıl Rzayev çəkilib.
Ekran işində Nigar Kəlbiyeva və Günel Fərhadlı rol alıb.
Elçin Əfəndiyevin vəfatının birinci ildönümü ilə əlaqədar anım mərasimi keçiriləcək
“AzerGold” və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə Daşkəsəndə milli kino seansı baş tutub