28 noyabr 2024 23:27
671

"Qarabağ" - "Lion" oyununda dördüncü qol vurulub - Avropa Liqası

UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" (Fransa) oyununda dördüncü qol vurulub.

“İki sahil” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabı 4:0-a çatdırıb.

80-ci dəqiqədə Jorj Mikautadze dubl müəllifi olub.

Matçı serbiyalı baş hakim Nenad Minakoviç idarə edir.