27 oktyabr 2017 00:34
755

Müğənniliyi və aktyorluğu atıb Türkiyəni tərk edir

"Aşk və Mavi" serialında Əli obrazını canlandıran müğənni Əmrah yeni qərar qəbul edib.

"Ölkə.Az" xəbər verir ki, Əmrah aktyorluğu və müğənniliyi atıb xaricə köçəcək.

Müğənninin meneceri bu barədə məlumat verib: "İllər sonra ekrana qayıdan Əmrah həm aktyorluğu, həm də uzun müddətdir uzaq qaldığı musiqini tamamilə tərk etmək barədə qərar qəbul edib".

Xəbərdə deyilir: "36 ildir işləyən Əmrah 50 yaşındadır. Artıq bəsdir. Mövsüm sonu müqaviləsi başa çatır və bu işləri buraxır. Xaricə köçəcək. "İkincisi Yok" adlı konsert verərək musiqi kitabını da bağlayacaq".