Ağcabədidə narkokuryerdən 10 kiloqrama yaxın marixuana aşkarlanıb.
“İki sahil” xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən xəbərə görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan Rauf Əsgərov saxlanılıb. Ondan 10 kiloqrama yaxın marixuana aşkarlanıb. O, izahatında narkokuryerliyə sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən cəlb olunduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, R.Əsgərov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.