Türkiyənin “Beşiktaş” klubunun rəhbərliyində bir neçə şəxs istefa verib.
“İki sahil” xəbər verir ki, klubun vitse-prezidenti Onur Göçmez, idman koordinatoru Samet Aybaba, klub məsləhətçisi Bred Fridel, media və kommunikasiya qrupu koordinatoru Okay Karaca, rabitə meneceri İşıl Zeybek vəzifəsindən ayrılıb.
Bu barədə “qara qartallar”ın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, uğursuz mövsüm keçirən “Beşiktaş” hazırda Superliqada 12 turdan sonra 21 xalla 6-cı sıradadır. Türkiyə mətbuatı klub rəhbərliyinin komandanın baş məşqçi Covanni van Bronxorsta iki oyunluq şans verdiyini yazıb. Yəni komanda qarşıdakı iki oyunda uğursuz nəticə göstərsə, niderlandlı mütəxəssis də istefaya göndəriləcək.