Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatların sosial sahədə problemlər barədə danışmasına münasibət bildirib.
“İki sahil” xəbər verir ki, Sahibə Qafarova deputatları görülən işlərdən də danışmağa çağırıb.
“Sizə qulaq asdıqca adamı dəhşət bürüyür. Elə bil ki, ölkə bütün uçuruma gedir. Sosial sahə ilə bağlı bu qədər işlər görülür, nəyə görə heç biriniz bu barədə danışmırsınız?! Yadınıza salın bütün işləri! Nə üçün bu haqda danışmırsınız?", - deyə sədr əlavə edib.
Gülşən Rzayeva: COP və WUF ev sahiblərini Bakı Davamlılıq Koalisiyasına qoşulmağa dəvət edirik
Şimali Kipr parlamentinin sədri: Türkiyə və Azərbaycan liderlərinin baxışı öz bəhrəsini verir
ABŞ-da 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib