Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
“İki sahil” xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məlumat verilib.
MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, 4 saylı Naxçıvan şəhər, 101 saylı Samux-Şəmkir, 78 saylı Lənkəran kənd seçki dairələrinin dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
Eyni zamanda MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, 103 saylı Şəmkir kənd seçki dairəsinin dairə seçki komissiyasının üzvü vəzifəsindən azad edilib və onun yerinə təyinat olub.
MSK katibi Mikayıl Rəhimovun təqdimatına əsasən isə 102 saylı Şəmkir şəhər seçki dairəsinin dairə seçki komissiyasının tərkibində dəyişiklik edilib.
Gülşən Rzayeva: COP və WUF ev sahiblərini Bakı Davamlılıq Koalisiyasına qoşulmağa dəvət edirik
Şimali Kipr parlamentinin sədri: Türkiyə və Azərbaycan liderlərinin baxışı öz bəhrəsini verir
ABŞ-da 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib