Göygöl rayonunda avtomobil qəzası nəticəsində qaz xətti sıradan çıxıb, bir nəfər ağır xəsarət alıb.
“İki sahil” xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Hacıməlik qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində sürücü, 1968-ci il təvəllüdlü N.Cəfərov ağır xəsarət alıb.
O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb.
Qeyd edək ki, hadisə nəticəsində qaz borusu sıradan çıxıb. Əraziyə aidiyyəti qurumun əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.