23 noyabr 2024 12:53
86

Hicran Hüseynova Milli Məclisin inzibati binasında növbəti vətəndaş qəbulu keçirib

Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova Milli Məclisin inzibati binasında növbəti vətəndaş qəbulu keçirib və onların müraciətlərini dinləyib.

“İki sahil” xəbər verir ki, komitə sədri vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Səsləndirilən müraciətlər əsasən ailə, qadın və uşaq problemləri, səhiyyə, işlə təminat, əmək pensiyaları, sosial məsələlərlə bağlı olub.