Milli Məclisin deputatı Vüqar Rəhimzadə Vətən müharibəsi şəhidi Yaqubov Fəxrəddin Yaqub oğlunun anım günündə məzarını ziyarət edib.
“İki sahil” xəbər verir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidin məzarı üstünə əklil və gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin!