21 noyabr 2024 19:32
138

Yevlaxda "Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin ən böyük siyasi mirasıdır” mövzusunda konfrans

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32-ci ildönümü münasibətilə Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının və Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin birgə təşkilatçılığı birgə ilə Yevlax rayon Mərkəzi xəstəxanasının Akt zalında “ Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin ən böyük siyasi mirasıdır” mövzusunda konfrans keçirilib. 

“İki sahil” xəbər verir ki, konfransda YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini  Xaliq Əliyev, YAP Yevlax rayon təşkilatı Aparatının əməkdaşları, rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə,müəssisə və  təşkilatların rəhbərləri, şəhid ailəsinin nümayəndələri, müharibə əlilləri,partiya fəalları, təhsil,səhiyyə,mədəniyyət işçiləri,  ictimaiyyət nümayəndələri və gənclər işitak ediblər. 

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış əzəmətli abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad olunub. 

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. 

Müasir müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurcusu Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Konfransda Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının 32 il ərzində keçdiyi şanlı tarixi yoldan bəhs edən sənədli film nümayiş etdirilib. 

Çıxış edən Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev YAP-ın yaranmasının 32-ci ildönmü münasibətilə bütün partiya üzvlərini səmimi-qəlbədən təbrik edərək, onlara qələbələr partiyasının-YAP-ın  sıralarında daim uğurlara şahidlik etməyi arzulayıb. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının (YAP) ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Həmin dövrdə xaos və qeyri-sabitliyin hökm sürdüyü Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq, məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya olan dövlətimizi xilas etmək məqsədilə xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələri, o cümlədən ziyalılar(91-lər)  Ulu öndər Heydər Əliyevə müraciət etdi. Nəticə etibarilə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın ozamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Ozamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Çünki bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını anlayır və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər.  Yeni Azərbaycan Partiyasının yaranması və ardıcıl olaraq bütün seçkilərdə qalib gəlməsi ilə məhz Azərbaycan böyük inkişaf yoluna qədəm qoydu. Əldə etdiyimiz nailiyyətlərin əsasında məhz Ulu Öndər Heydər Əliyevin müdrik ideyaları dayanır. Keçmişdə olduğu kimi  bu gün də Yeni Azərbaycan Partiyası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sədrliyi ilə saysız-hesabsız uğurlara imza atmaqdadır. Azərbaycanın 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabr ayında baş vermiş antiterror tədbirləri zamanı qazandığı inmalı və parlaq Qələbə ilə ərazi bütövlüyümüz tam şəkildə təmin olunmuşdur. Eləcə də ölkəmizin hərtərəfli inkişafı, beynəlxaq müstəvidə artan hörmət və nüfuzumuz, xarici əlaqlərimizin genişlənməsi, doğma Qarabağda aparılan genişmiqiyaslı işlər, həyata keçirilən böyük layihələr, COP 29 kimi beynəxlaq tədbirə uğurla ev sahibliyi etməyimiz, həmçinin  dədə-baba torpaqlarımıza soydaşlarımızın  böyük sevinc,qürur hissi ilə qayıtması məhz güclü siyasətimizin bariz nümunələridir. Vurğulanıb ki,  xalq-iqtidar birliyimiz sarsılmazdır, Azərbaycan xalqı müzəffərdir və əminliklə qeyd edə bilərik ki, böyük və güclü xalqımız cənab İlham Əliyevin apardığı müdrik YAP siyasəti ilə gələcəkdə də inamlı qələbələrə imza atacaqdır. 

Konfransda çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov qeyd edib ki, xalqın Ümummilli Lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 7 ay sonra siyasi hakimiyyətə gəldi. Sirr deyil ki, yarandığı gündən YAP-ın Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Yeni Azərbaycan Partiyasının Sədri, dövlətimizin başçısı cənab İlham Əliyevin peşəkar rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bu 32 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib. 

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev öz çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Ümumiyyətlə, tarixi faktlar və reallıqlar göstərir ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Səmərəli fəaliyyətin və yüksək siyasi nüfuzun qanunauyğun nəticəsi kimi ümumxalq partiyasına çevrilən, 700  mindən çox üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanaraq qələbələr partiyası kimi çıxış edib.Xüsusilə 2024-cü ilin fevral və sentyabr aylarında ilk dəfə bütöv Azərbaycan ərazisində keçirlən Prezident və Parlament seçkilərində də Yeni Azərbaycan Partiyası inamlı qələbə qazandı.Qeyd edilib ki,  Azərbaycan xalqı cənab İlham Əliyevin rəhbərlik etdiyi doğma Partiyamızın ətrafında sıx birləşərək, uğurlu gələcəyə doğru inamla addımlayır. 

Konfransda çıxış edənlər Yeni Azərbaycan Partiyasının veteran üzvü Vahid Quliyev, YAP Yevlax rayon təşkilatı "Heydər Əliyev pr.38" ərazi partiya təşkilatının sədri Ceyhun İbişov və YAP fəalı,Yevlax rayon Salahlı kənd tam orta məktəbinin direktoru Lalə Məmmədova vurğulayıblar ki, Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır. Bir sözlə, Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası Azərbaycanın həyatında ən güclü, ən böyük intellektual səviyyəyə, ən böyük hörmətə malik olan siyasi partiyadır: “Yeni Azərbaycan Partiyası Azərbaycanın bu gününün partiyasıdır, Azərbaycanın gələcəyinin partiyasıdır, XXI əsrin partiyasıdır, üçüncü minilliyin partiyasıdır”.

Sonra konfrans çərçivəsində Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunan üzvlərə partiya vəsiqələri, həmçinin Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32-ci il dönümü münasibətilə bir qrup YAP üzvünə fəxri fərmanlar təqdim olunub. 

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.