21 noyabr 2024 16:17
142

Hacıqabulda  YAP-ın 32 illiyi münasibəti ilə tədbir keçirilib FOTO

Hacıqabulda  Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32 illiyi münasibəti ilə 21 noyabr 2024-cü il tarixində Hacıqabul rayonunda tədbir keçirildi.

Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın məsul əməkdaşları, idarə, təşkilat rəhbərləri və partiya fəalları iştirak edirdilər.  Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər çiçəklər düzdülər.

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə hazırlanmış sərgi və ekspanatlara baxış keçirildi. Müasir Azərbaycan dövlətinin memarı, Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov Yeni Azərbaycan Partiyasının keçdiyi 32 illik şərəfli və çətin yoldan söz açdı. Natiq bildirdi ki, dövlətçiliyimizi uca tutan, müstəqilliyimizi daimi, əbədi və dönməz  olmasını təmin  edən YAP Azərbaycanın siaysi palitrasında analoqu olmayan, rəqib tanımayan, alternativsiz siyasi güc mənbəyidir, monolit və avanqard siyasi təşkilatdır. Cəmiyyətdə böyük nüfuza malik olan, xalq tərəfindən dəstəklənən YAP müstəqil Azərbaycan dövlətinin sürətli inkişafının və yüksəlişinin rəmzidir. YAP gündən günə müasirləşən, yeniləşən güclü və qüdrətli Azərbaycanın qazandığı  nailiyyətlərin bələdçisi, sükançısı, istiqamətverici siyasi istinadgahdır. Ölkəmizin nail olduğu hədəflərdə, əldə etdiyi uğurlarda YAP-nın və onun üzvlərinin özünəməxsus müstəsna rolu vardır. Ulu Öndər, zamanın və tarixin zirvəsinə yüksələn fenomen şəxsiyyət Heydər Əliyevin illər öncə  söylədiyi “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” sözləri bu gün daha real, daha müasir səslənir, hələ uzun illər bundan sonra da öz aktuallığını qoruyub saxlayacaqdır. Çünki, YAP Azərbaycanın şərəfli keçmişinin, uğurlu bu gününün və parlaq gələcəyinin, nurlu-işıqlı sabahlarının müəllifidir.

Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək tədbir iştirakçılarını təbrik etdi və qeyd etdi ki, Ulu Öndərin siyasi kursunu  uğurla, yaradıcılıqla,  müasir dünyanın siyasi nəbzini tutmaqla davam etdirən ölkə prezidenti,  YAP Sədri cənab İlham Əliyev YAP-nın fəaliyyətinə böyük əhəmiyyət verir, partiya quruculuğunu və partiyanın inkişafını daim diqqət mərkəzində saxlayır, YAP-nı Azərbaycanın müasir tarixinin fenomeni hesab edir. Cənab Prezident dəfələrlə vurğulamışdır ki, dahi Heydər Əliyevdən sonra YAP-a rəhbərlik etmək onun üçün ən böyük məsuliyyət və ən böyük şərəfdir. Çünki YAP  Heydər Əliyev siaysi məktəbidir, siyasi arenada Heydər Əliyev dəst-xətti, Heydər Əliyev üslubudur,  Ulu Öndərin unikal fikir və düşüncələrini xalqa çatdıran, cəmiyyətə ötürən qüdrətli bir siyasi təşkilatdır. Azərbaycanı zəfərlərdən-zəfərlərə qovuşduran Yeni Azərbaycan Partiyası Heydər Əliyev irsinin tükənməz xəzinəsidir, Heydər Əliyevin həmişəyaşar, parlaq ideyalarının daşıyıcısıdır. Yeni Azərbaycan Partiyasının 32 illik yüksəliş yolu ölkəmizin yaxın keçmişinin şərəfli salnaməsidir, vətənə, xalqa, dövlətə xidmət nümunəsidir.

Rayon Ağsaqqallar Şurasının sədri, YAP veteranı Sahib Aslanov çıxış edərək xalqımızın Ümummilli lideri H.Əliyevin Vətənimiz, xalqımız qarşısında göstərdiyi misilsiz xidmətlərindən biri müstəqil Azərbaycan dövlətinin xilaskarı, banisi olmaqdırsa, digər misilsiz xidməti onun YAP-nı yaratmasıdır. Başqa sözlə, Ulu Öndərin bir dahiyanə şah əsəri gündən-günə çiçəklənən, zənginləşən müstəqil Azərbaycan dövlətidirsə, digər unikal əsəri, bizə bəxş etdiyi möhtəşəm abidə Yeni Azərbaycan Partiyasıdır. YAP Azərbaycan vətəndaşlarına ən böyük xəzinəni, ən böyük sərvəti bəxş etmişdir, bu sərvətin, bu nemətin adı ictimai-siyasi təhlükəsizlik və əmin-amanlıqdır.

Daha sonra bir qrup YAP fəallarına qiymətli hədiyyələr və Fəxri Fərmanlar təqdim edildi, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinə kitablar hədiyyə edildi. Tədbir Yeni Azərbaycan Partiyasının himninin sədaları altında sona çatdı.