21 noyabr 2024 15:15
242

YAP Bərdə rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 32 illiyini qeyd edib

YAP Bərdə rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 32 illiyini qeyd edib.

“İki sahil” xəbər verir ki,  öncə tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı və müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər güllər düzərək əziz xatirəsinə ehtiramlarını bildirmişlər.

Sonra Ulu öndər Heydər Əliyevin və suverenliyimiz, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

YAP Bərdə rayon təşkilatının binasında keçirilən tədbiri açan YAP Bərdə rayon təşkilatının sədr müavini Elməddin Əsgərxanov Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə tədbir iştirakçılarını və onların timsalında təşkilatın bütün üzvlərini təbrik etmiş, Partiyanın tarixi zərurətdən yarandığını xüsusi vurğulayaraq keçdiyi şərəfli tarixi yolun əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, ölkə Prezidenti, Partiyamızın Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında dəmir yumruq kimi birləşmiş bütün Azərbaycan xalqının nail olduğu böyük Qələbələrin, Zəfərlərin bünövrəsində, özülündə Ulu öndər Heydər Əliyevin sarsılmaz ideyaları dayanır. Ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyasının möhkəm və ümumxalq Partiyası olmasının da səbəbi məhz xalqa xidmət edən, xalqın parlaq gələcəyinin etibarlı təminatçısı olan bu ideyalardır. Xalqımızın Ulu öndər ideyalarına söykənməsi, arxalanması dövlətimizi bütün dünyada əbədi günəş kimi parlayacaq işıqlı gələcəyə aparır. 
Tədbirdə çıxış edən rayon təşkilatının fəalları şəhid atası Nadim Nadirov, Şamil Behbudov, Məhərrəm Şəfiyev, Nirayə Məmmədova, Raqub Yunisov, Fuad Ağayev, Qurban Məmmədov, Fərid Hacıyev, Qalib Məmmədov, Mərdan Abdullayev, Sənan Zamanlı, Xosrov Musayev, Salim Qənbərov çıxış edərək o dövrü xarakterizə etmiş, Ulu öndərin xalqı çətin durumdan, xaosdan qurtaran, dövləti məhv olmaq təhlükəsindən xilas edən titanik fəaliyyətindən danışmışlar. Bildirmişlər ki, bu gün böyuk Qələbələrə imza atan Yeni Azərbaycan Partiyasının sıralarında olmaqdan böyük fəxarət və qürur hissi kecirirlər. 
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşmışdır.