21 noyabr 2024 12:09
75

30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımız öz doğma yurd-ocaqlarına qayıdırlar

44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Tariximizə, Azərbaycan dövlətinin keçdiyi inkişaf yoluna nəzər salsaq görərik ki, özbaşınalıqdan, iqtisadi böhrandan xilas olan Azərbaycan, Ümummilli Lider Heydər Əliyevin gələcəyə hesablamış siyasəti nəticəsində bütün çətinlikləri dəf etdərək, dünya birliyinin layiqli üzvünə çevrilməsidir.

İşğaldan azad olunmuş rayonlarımızdan biridə Kəlbəcər haqqında danışmağa nə sözlər, nə də zaman yetər. Eyni zamanda, xüsusi olaraq qeyd etmək yerinə düşürki, Kəlbəcər rayonu bir güllə atmadan belə dövlət rəhbəri cənab Prezident İlham Əliyevin uzaqgörən diplomatic səyləri nəticəsində azad olundu. Kəlbəcərin hər daşı bir  tarix, hər qarışı qızıl, hər damcı suyu dərman, hər qarış torpağı bərəkətdir  ruzidir. Kəlbəcər rayonu Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində Kəlbəcərdə 511 nəfər şəhid oldu, 231 nəfər itkin düşdü, 130 yaşayış məntəqəsi, dünya şöhrətli “İstisu” sanatoriyası və bir çox ticarət və məişət obyektləri məhf edilərək xarabalıqlara çevrilmişdir.

Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı modeli - “ağıllı” kənd və region strategiyası daha böyük əhəmiyyət kəsb etdi. Bu gün çox qürürla vurğuluyuruq ki, təməli 2022-ci il iyunun 26 sında cənab Prezident İlham Əliyev tərəfindən qoyulan  “İstisu”  mineral su zavodu artıq bu ilin sentyabr ayından fəaliyyətə başlamışdır.

Azərbaycanın “Dəmir Yumruq” əməliyyatı dünyaya səs saldı. Böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir.  Ərazi bütövlüyümüz təmin olunub, milli qürurumuz, kimliyimiz özümüzə qayıdıb. Bir fikri də xüsusi vurğulamaq lazımdır ki, Vətən müharibəsində qazanılmış möhtəşəm zəfərin, ölkəmizdə dinamik inkişafın əsasında cənab Prezident İlham Əliyevin formalaşdırdığı inkişaf strategiyası dayanır. 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımız öz doğma yurd-ocaqlarına qayıdırlar.

Paytaxtımız Bakı ilə yanaşı bütün bölgələrimiz, geniş bərpa-quruculuq işlərinin mərkəzi olan Qarabağ torpaqlarımızda şəhər və kəndlərimiz yenidən qurulur, tikinti-quraşdırma işləri geniş və sürətlə artmaqdadır. Artıq start verilən Böyük Qayıdışın qısa zamanda reallığa çevrilməsi, işğaldan azad edilmiş ərazilərdə müasir və abad yaşayış mühitinin formalaşdırılması üçün atılan addımlar sistemli xarakter daşıyır. Yeni yanaşmaların, müasir innovasyaların tətbiq edildiyi bu ərazilərdə iqtisadi fəaliyyətin bərpası ölkəmizin dayanıqlı inkişafına dəstək olacaq.

Bu gündə bu inkişaf sayəsində, elmi-texniki tərəqqi, müdafiə sənayesində tədbiqedilən yeni texnoloji silahlar möhtəşəm zəfərimizdə birmənalı olaraq öz sözünü demişdir. Ümummilli Lider, Heydər Əliyevin sözləri ilə desək:"Azərbaycan silahlı qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir bir ordudur

Çox şükür ki, bugün Allahın sevgi ilə yaratdığı o dağlarda bir daha atəş səsləri eşidilməyəcək, raketlər qurulmayacaq, daha o torpaqlarımızın dərinliklərində minalar əfi ilan kimi öz qurbanını gözləməyəcək. Ali Baş Komandanımız cənab İlham Əliyevin və  Müzəffər ordumuzun sayəsində torpaqlarımızda bir daha insan qanı axıdılmayacaq. Qarabağa böyük qayıdışı bu torpaqlar uğrunda canlarından keçən Şəhidlərimizə borcluyuq və onların  ruhu qarşısında baş əyirik. Şəhidlərimizin məzarları əbədi ziyarətgahımız, qazilərimiz iftixarla anılan qürur mənbəyimizdir və aldığımız hər nəfəs onların verdiyi son nəfəsə borcludur.  

Hörmətli Prezidentimizin qətiyyətli addımı sayəsində bugün biz torpaqlarımıza qovuşmuşuq. Biz gənclər daim onun yanındayıq və siyasətini hər zaman dəstəkləyirik.

Həsən Ağayev,
YAP Xətai rayon təşkilatının fəalı,
Müdafiə Sənayesi Nazirliyi Elmi-Tədqiqat İnstitutunun əməkdaşı