Kürdəmir rayonunda 21 noyabr 2024-cü il tarixində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
“İki sahil” xəbər verir ki, aksiyada YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak ediblər. Kürdəmir şəhərinin Bayraq Meydanına gedən yolun kənarında aksiya zamanı 85 nəfərin iştirakı ilə 100 ədəd şam ağacı əkilib.
Yeni əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib. YAP rayon təşkilatının bu təşəbbüsü, həmrəylik və ətraf mühitin qorunmasına töhfə verir. Bu tədbir həmçinin partiyanın cəmiyyətə xidmət və sosial məsuliyyət prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir.