21 noyabr 2024 11:35
187

Noyabrın 25-dən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha 46 sayda avtobus marşrutunun fəaliyyətini bərpa edir.

“İki sahil” xəbər verir ki,  AYNA-dan bildirilib ki, noyabrın 25-dən hərəkət sxemləri bərpa ediləcək marşrutlar aşağıdakılardır:

1, 7B, 13, 15, 31, 37, 38, 40, 54, 55, 60, 62, 70, 71, 93, 96, 105, 107, 118A, 118B, 131, 139, 141, 148, 162, 163, 166, 168, 169, 172, 173A, 173B, 184, 185, 189, 197, 198, 204, 205, 214, 216, 217, 120E, M8, 140E və E1 nömrəli avtobuslar.