20 noyabr 2024 09:24
100

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır

YAP  təsis edildiyi vaxtdan etibarən xalqın etimadını inamını qazandı. YAP  güclü liderin ətrafında  yaranmış. Partiyadır. Ümummilli Liderin  Heydər Əliyevin Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi  partiyaya  olan inam və etimadı artırdı. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı, dövlətin inkişafına, yüksəlişinə  layiqli töhfələr verdi.

YAP Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanaraq çox böyük şərəfli yol keçib.Yeni Azərbaycan Partiyası Azərbaycanin  daxili məsələləri ilə yanaşı xarici məsələlərində də böyük uğurlar əldə etmişdir. Partiyanın ən önəmli istiqamətlərindən biri də Azərbaycanın  dünya miqyasında nüfuzunu artırmaq və  xarici əlaqələri  gücləndirməkdir  

YAP Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında irəliləyərək şərəfli yol keçmiş  və bugünkü uğurların əldə olunmasında böyük inkişaf yolu keçmişdir.Öz gücünü xalqın inam və dəstəyindən alan  Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların keçirilməsinə, Azərbaycanın inkişafına ,müstəqilliyinin güclənməsinə beynəlxalq nüfuzunun artmasına misilsiz töhfələr verib. YAP son 30 ildə Cənubi Qafqazda qurulan ən böyük və nüfuzlu siyasi partiyadır.

Bu gün Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı  Prezident Ali Baş Komandan İlham Əliyev bu siyasi kursu,  ideya və siyasi istiqamətləri Azərbaycanda müvəfəqiyyətlə davam etdirir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 2003-cü ildə Azərbaycan xalqına müraciət edərək demişdir; ’Mən inanıram ki mənim sona kimi başa çatdıra bilmədiyim taleyüklü məsələləri,  planları İlham Əliyev sizin dəstəyiniz və  koməyinizlə axıra qədər başa çatdıracaq. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm’.

Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsində xalqın sevgısini  və dəstəyini qazanaraq Azərbaycan tarixinə  qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində Şanlı qələbə xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış siyasi kursun layiqli davam etməsi nəticəsində Azərbaycan dövlətinin güclü iqtisadiyyatı,  güclü ordusu və güclü Lideri var.

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.

Nazilə Məmmədova,
YAP Xətai rayon təşkilatının "Məzahir Rüstəmov 29" ərazi partiya təşkilatının üzvü