Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələrin vəziyyəti, Xəzər dənizində külək enerjisinin böyük potensialından istifadə, bərpa olunan enerji layihələrində alman şirkətlərinin iştirakı, yaşıl hidrogen sahəsində təşəbbüslər, yaşıl enerji dəhlizləri infrastrukturlarının inkişafı istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.
İqtisadiyyat Nazirliyindən “İki sahil” verilən məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində Almaniyanın vitse-kansleri, iqtisadi məsələlər və iqlim fəaliyyəti üzrə federal naziri Robert Habek ilə görüşüblər.
Görüşdə Azərbaycanın Avropa İttifaqı ölkələri, həmçinin Almaniya ilə iqtisadi əlaqələrə, o cümlədən yaşıl enerji təhlükəsizliyinin təmin edilməsində əməkdaşlığa önəm verdiyi vurğulanıb. Ölkələr arasında ticarət, investisiya, alternativ enerji, iqlim fəaliyyəti, azad olunan ərazilərin bərpasında iştirak və digər istiqamətlər üzrə tərəfdaşlıq imkanları qeyd olunub.
Agentliyin nümayəndələri Koreya Respublikasında keçirilən dövlət satınalmaları üzrə təlimdə iştirak ediblər
Türkiyənin “Limak Group” şirkətinin rəhbərliyi Azərbaycanın əlverişli işgüzar və investisiya mühiti barədə məlumatlandırılıb
Kənd Təsərrüfatı Nazirliyində “John Deere” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib