19 noyabr 2024 09:47
229

Dövlət Komitəsi ilə ICESCO arasında Niyyət Protokolu imzalanıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində 18 noyabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İslam Təhsil, Elm və Mədəniyyət Təkilatı (ICESCO) arasında Niyyət Protokolu imzalanıb.

“İki sahil” xəbər verir ki, protokolda qadın və uşaq məsələləri sahəsində birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, həmin istiqamətlərdə müxtəlif seminarların, təlimlərin, konfransların və simpoziumların keçirilməsi, təcrübə və ekspert mübadiləsinin aparılması, qarşılıqlı səfərlərin təşkili imkanlarının nəzərdən keçirilməsi, həmçinin tərəflər arasında əməkdaşlığın inkişafı üçün səylərin göstərilməsi və aidiyyəti strukturları arasında mütəmadi görüşlərin keçirilməsi məsələləri əks olunub.

Protokolu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki imzalayıb.