17 noyabr 2024 11:52
176

Ucarda sanitariya-gigiyena qaydalarını pozan şəxslər barəsində tədbir görülüb

Ucarda sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə polisin keçirdiyi tədbir zamanı bir neçə ünvanda məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “İki sahil”ə verilən məlumata görə, yaranmış antisanitar vəziyyət polisin müşayəti ilə əraziyə cəlb olunan aidiyyəti dövlət orqanları tərəfindən aradan qaldırılıb.

Antisanitar hallara yol verən şəxslər barəsində müvafiq tədbirlər görülüb.