Bunu Yaşıl Zonada Azərbaycanın Art pavilyonunda “Digər Dünya” ekspozisiyasının açılışında, ekspozisiyanın rəhbəri, məşhur fotoqraf Brad Wilson jurnalistlərə bildirib.
Brad Wilson qeyd edib ki, şəklini çəkmək üçün heyvan tapmaq çətin olur: “Ətrafında təhlükəsiz olmaq üçün insanlara adaptə olmuş heyvanlar seçməlisən. İlk vaxtlar bu mənə aylarla, həftələrlə vaxta başa gəlirdi. Sonradan heyvanları tapmağı öyrəndikcə layihəyə başladım.
Fotoqraf əsas məqsədinin insanların diqqətini iqlimə cəlb etmək olduğunu vurğulayıb: “Çünki bütün dünyada heyvanların nəsli kəsilməkdədir. Bilirsiniz ki, onların xilası bizim xilasımızdır. COP 29 kimi tədbirlər dünyada təkcə heyvanlara deyil, bütün canlılara kömək üçün köklü dəyişikliklər yarada bilər.”
Orxan Vahidoğlu, “İki sahil”