Azərbaycan hökumətinin ətraf mühitin qorunması istiqamətindəki səyləri heyranlıq doğurur və bu, ölkədə ətraf mühitin yaxşılaşdırılmasına mühüm töhfə verəcək.
Bunu COP29-da iştirak edən Birləşmiş Millətlər Təşkilatının polis müşaviri və polis departamentinin direktoru Faysal Şahkar jurnalistlərə açıqlamasında bildirib.
“BMT polis müşaviri və BMT polisinin rəhbəri olaraq, dünya üzrə BMT missiyalarında fəaliyyət göstəririk və həmçinin ətraf mühit cinayətləri ilə mübarizə aparırıq. Biz milli polis qüvvələrini ətraf mühitlə bağlı məsələlərlə mübarizə aparmağa hazırlayır və bu cinayətlərin araşdırılmasında iştirak edirik”, - deyə o, qeyd edib.
Yaqut Aslanova, “İki sahil”