ABŞ-ın Beyrutdakı səfiri Liza Consonun İsrail ordusu ilə Hizbullah arasında atəşkəsi təmin etmək üçün Livan parlamentinin sədri Nebih Berriyə müqavilə layihəsi təqdim edib.
“İki sahil”in “TRT Haber”ə istinadən verdiyi məlumatına görə, bu iddia ilə Livan mediası çıxış edib.
“Yedioth Ahronoth” qəzeti adı açıqlanmayan yüksək rütbəli İsrail rəsmisinə istinadla yazıb ki, onlar ABŞ-ın vasitəçiliyi ilə Livanla yekun razılaşmanın son mərhələsindədirlər və bu, Hizbullahın Litani çayının şimalına çəkilməsini əhatə edəcək.
Livanın “Əl Cədid” televiziyasının adı açıqlanmayan mənbələrə istinadən verdiyi məlumata görə, L.Conson ABŞ səfiri Amos Hokşteyn adından N.Berriyə BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə əsaslanan saziş layihəsi və ya həll təklifi təqdim edib.
Müqavilənin təfərrüatları ilə bağlı açıqlama verilməyib.
“Əl Cədid” kanalı isə bildirib ki, Berri Hizbullahla məsləhətləşdikdən sonra təklifə cavab verəcək.
Məhərrəm Ağalaroğlu, “İki sahil”