14 noyabr 2024 17:44
100

Qırğızıstan, Azərbaycan və Özbəkistan kimi ölkələr də öz taksonomiyaları üçün zəmin yaradıblar - Manas Gizhduaniyev

“İnkişaf etməmiş kapital bazarı Mərkəzi Asiyada dayanıqlı “yaşıl maliyyələşdirmə” üçün əsas maneə kimi müəyyən edilib.”

Bunu COP29 çərçivəsində COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən Yaşıl Zonada “Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsinin mənzərəsi” mövzusunda keçirilən tədbirdə Astana Beynəlxalq Maliyyə Mərkəzinin (AIFC) Yaşıl Maliyyə Mərkəzinin baş direktoru Manas Gizhduaniyev deyib.

Manas Gizhduaniyev maliyyənin yeni yaşıl dəhlizləri sayılan yaşıl istiqrazlardan danışarkən qeyd edib ki, Qazaxıstan 2020-ci ildə ilk yaşıl istiqrazlarını buraxıb və bu sahədə öhdəliklərini yerinə yetirdiyini bir daha göstərib.

Zəmanətə yararlı və bank üçün etibarlı layihələrin azlığını vurğulayan Astana Beynəlxalq Maliyyə Mərkəzinin (AIFC) Yaşıl Maliyyə Mərkəzinin baş direktoru bu sahədə işlər görülməsinin vacibliyini bildirib, “Yaşıl istiqrazlar” sferasında taksonomiyanın həlledici rolunu diqqətə çatdırıb.

2020-ci ildən Qazaxıstanda yaşıl maliyyələşdirmə üçün taksonomiya olmadığını deyən məruzəçi bu problemi həll etmək üçün AIFC Yaşıl Maliyyə Mərkəzinin beynəlxalq standartlara əsaslanan taksonomiya hazırladığını söylədi.

“Bundan sonra Qırğızıstan, Azərbaycan və Özbəkistan kimi ölkələr də öz taksonomiyaları üçün zəmin yaradıblar”, deyən Manas Gizhduaniyev əlavə edib ki, bununla belə, inkişaf etmiş kapital bazarının olmaması maliyyə alətlərinin mövcudluğunu məhdudlaşdıran əhəmiyyətli bir maneə olaraq qalır. yaşıl istiqrazlar” və kapital bazarının ümumi artımına mane olur.

Orxan Vahidoğlu, “İki sahil”