14 noyabr 2024 17:18
344

Azərbaycan kiçik ada dövlətlərinin eşidilən bir səsidir - Kamran Bayramov

Bakıda keçirilən COP29 kofransı çərçivəsində Prezident İlham Əliyev kiçik ada dövlətləri sammitində iştirak edərək nitq söylədi. Dövlətimizin başçısı çıxışında kiçik ada dövlətlərinin üzləşdiyi çağırışlarla iqlim dəyişikliklərinin həmin dövlətlərə törətdiyi təsirlərlə bağlı məlumat vermişdir. Eyni zamanda, ölkəmizin həmin kiçik ada dövlətləri ilə münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd etdi. Bu gün Azərbaycan kiçik ada dövlətlərinin eşidilən bir səsidir. Çünki, Azərbaycan sədrlik etdiyi bir çox beynəlxalq təşkilatlarda o cümlədən, Qoşulmama hərəkatı çərçivəsində məhz bu dövlətlərə öz dəstəyini göstərib və bu gündə dəstəyini göstərməkdədir.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov  "İki sahil"ə açıqlamasında bildirdi.

K.Bayramov qeyd etdi ki, cənab Prezident neokolonializm və iqlim dəyişiklikləri ilə bağlı məsələlərə də toxundu. Bu sahədə Fransanın və Niderlandın törətdiyi cinayətlər, pozuntular, əməllərlə bağlı tədbir iştirakçılarına geniş məlumat verdi. Xüsusilə qeyd edildi ki, Fransa dənizaşırı ərazilərdə, kiçik ada dövlətlərində nüvə sınaqları keçirir və hbu əmin sınaqların, həmin dövlətlərin ətraf mühitinə çoc böyük ziyan vurur.  Bir çox beynəlxalq təşkilatlar, xüsusilə də Avropa Parlamenti və AŞPA-nın bu məsələlərə necə riyakarcasına yanaşdığını ifşa etdi.

Deputat diqqətə çatdırdı ki, Azərbaycan hər zaman beynəlxalq birliyin nüfuzlu üzvü kimi bu problemlərlə üzləşən kiçik ada dövlətlərinin yanında olub. COP29 çərçivəsində onlarla bağlı Sammitin keçirilməsi də bunun təsdiqidir.

Səbinə Kazımova, “İki sahil”