14 noyabr 2024 12:12
323

COP29 çərçivəsində türk dövlətləri üçün daha yaşıl gələcəyə doğru cəsarətli addımlar atılır - Kubanıçbek Ömuralıyev

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində türk dövlətləri üçün daha yaşıl gələcəyə doğru cəsarətli addımlar atılır.

“İki sahil” xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömuralıyev “X”də yazıb.

O, COP29 çərçivəsində TDT-nin ətraf mühit və ekologiya nazirlərinin birinci iclasında çıxış etməkdən şərəf duyduğunu da qeyd edib.