14 noyabr 2024 11:51
309

Maliyyə sektorunda iqlim məlumatlarının və iqlim hesabatlarının inkişafını təşviq edirik Bo Li

Dünya Bankından fərqli olaraq Beynəlxalq Valyuta Fondu (IMF) konkret layihələr üçün kredit vermir.

“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) baş direktorunun müavini Bo Li COP29 çərçivəsində keçirilən "Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" adlı tədbirdə deyib.

O bildirib ki, IMF islahatları dəstəkləmək üçün birbaşa dövlət büdcəsinə kredit verməklə büdcəni maliyyələşdirir: "Buna "yaşıl büdcələşdirmə" də daxildir. Bundan əlavə, maliyyə sektorunda "yaşıl taksonomiya"nın inkişafını dəstəkləyirik və maliyyə sektorunda iqlim məlumatlarının və iqlim hesabatlarının inkişafını təşviq edirik. Həmçinin iqlim fəaliyyətini təşviq etmək üçün institusional islahatları dəstəkləyirik".

Baş direktorun müavini qeyd edib ki, bütün bu islahatlar, özəl sektorun bu ölkələrə sərmayə qoyması üçün əlverişli şərait yaradır.