14 noyabr 2024 09:42
105

Nigar Arpadarai: COP29-da özəl sektor fəal şəkildə iştirak edir

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) özəl sektor fəal şəkildə iştirak edir.

“İki sahil” xəbər verir ki, bunu COP29 çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ( AZPROMO) ilə birlikdə təşkil olunmuş “COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması”nda jurnalistlərə açıqlamasında tədbirin iqlim üzrə yüksək səviyyəli lideri Nigar Arpadarai bildirib.

"Özəl sektorun iştirakından razıyıq. Bir neçə il öncə COP prosesləri daha kiçik olurdu. Yəni, əsas hökumətlər arasında danışıqlar aparılırdı. Özəl sektor burada yaxından istirak etmirdi. Və biz bunu doğru hesab etmirik. Özəl sektor mütləq olaraq cəlb olunmalıdır. Çünki dövlətlərin öz üzərlərinə götürdükləri öhdəlikləri icra edən məhz özəl sektor olacaq. Bu dialoqun yaxından olması çox önəmlidir və ildən-ilə biz görürük ki, artıq COP prosesində özəl sektor daha çox iştirak edir", - deyə o qeyd edib.