14 noyabr 2024 01:23
214

Bayden administrasiyası Trampın Ukrayna ilə bağlı hansı kursu tutacağını bilmir

ABŞ prezidenti Co Baydenin administrasiyası Donald Trampın komandasının Ukraynaya necə yanaşacağından əmin deyil.

“İki sahil” xəbər verir ki, bunu Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan brifinqdə deyib.

"Hazırda gördüyümüz odur ki, Ukraynaya dəstək ikitərəfli olub və Ukraynaya resursların ayrılması üçün Nümayəndələr Palatasında və Senatda səsverməyə daxil edilib. Təbii ki, bunun davam etməsini istərdik, lakin növbəti komandanın necə hərəkət edəcəyini bilmirik".

Məhərrəm Ağalaroğlu, “İki sahil”