14 noyabr 2024 00:18
126

Colen Simone Şol: Velosiped nəqliyyatla bağlı karbon emissiyalarının azaldılması üçün ciddi həll yoludur

Buraya velosipedlə gəlmişəm. Velosipedin əsl nəqliyyat vasitəsi və nəqliyyatla bağlı karbon emissiyalarının azaldılması üçün ciddi həll yolu olduğunu göstərmək istədim.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində COP29 çərçivəsində Azərbaycana səyahət edən velosipedçi Colen Simone Şol deyib.

Niderlanddan olduğunu deyən velosipedçi qeyd edib: “Velosiped insanları xoşbəxt edir. Yol boyunca çoxlu icmalarla rastlaşdıq. Bir çox velosipedçi ilə danışdıq. Bir sözlə, bu, sağlamlığımız və iqlim üçün yaxşıdır. COP29-da müxtəlif ölkələrdən çoxlu sayda insanlar var. Ümumiyyətlə, üç gündür ki, xeyli insan axını tədbirə olan marağı göstərir”.