13 noyabr 2024 21:41
274

Batşuayi aldadıldı – Prokurorluğa müraciət etdi

"Qalatasaray"ın futbolçusu Mişi Batşuayi Atunqanı dələduzluğun qurbanı olub.

“İki sahil” İHA-ya istinadla xəbər verir ki, futbolçunu 200 min avro (365,100 manat – red.) aldatdığı iddia edilən H.B. saxlanılıb.

Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən şübhəli məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Məlumata görə, “Qalatasaray”lı futbolçu Beşiktaşda məsləhət xidməti göstərən H.B.-yə 6 aylıq ev kirayəsi və nəqliyyat vasitəsi ilə təminat qarşılığında 200 min avro ödəyib.

Evin icarə haqqının ödənilməməsi və nəqliyyat vasitəsinin verilməməsi ilə əlaqədar prokurorluğa gedən Batşuayi H.B-dən şikayət edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”