12 noyabr 2024 22:15
267

“Haber Global” Azərbaycan Prezidentinin COP29-un Liderlər Sammitindəki çıxışına dair süjet hazırlayıb

Türkiyənin “Haber Global” telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimindəki çıxışına dair süjet hazırlayıb.

“İki sahil” xəbər verir ki, süjetdə Azərbaycanın öz tarixində ən böyük beynəlxalq təşkilatın mühüm tədbirinə ev sahibliyi etdiyi qeyd olunur.

Reportajda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında vacib məqamlara toxunulub. Dövlət başçısının Azərbaycana qarşı ittihamlara cavab verdiyi xüsusi vurğulanıb:

"Əgər o vaxt bəzi Qərb siyasətçiləri və media bizi neft dövləti adlandırsaydı, bu, bəlkə də anlaşılan olardı. Lakin əgər onlar indi, yəni bu gün də bizi neft dövləti adlandırırlarsa, bu, ədalətsizlikdir və yalnız siyasi mədəniyyət və biliklərin çatışmamasından xəbər verir...Yaxşı olardı ki, ən azı onlar özlərinə və Azərbaycandan 10 dəfə artıq neft hasil edən özlərinin qonşuluğundakı ölkəyə baxsınlar".

Süjetdə qlobal iqlim gündəliyinin müəyyənləşdirilməsində Azərbaycan və onun liderinin mühüm rolu da geniş işıqlandırılır.