Noyabrın 12-də COP29 çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə İtaliyanın “İtalgas” şirkəti arasında əməkdaşlığa dair Saziş imzalanıb.
SOCAR-dan “İki sahil”ə bildiriblər ki, Sazişi SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və “İtalgas” şirkətinin baş icraçı direktoru Paolo Gallo imzalayıblar.
Şirkətlər enerji keçidini və rəqəmsallaşmanı sürətləndirmək məqsədilə qabaqcıl təcrübə və texnologiyaların mübadiləsi, habelə “Picarro” texnologiyasından istifadə edərək qaz sızmasının aşkarlanması vasitəsilə infrastrukturun dekarbonizasiyası, həmçinin mövcud çevik metodologiya vasitəsilə prosesin rəqəmsallaşdırılması istiqamətlərində əməkdaşlıq edəcəklər.
Sənəd tərəflər arasında qaz paylama sahəsində innovasiya, səmərəlilik və davamlılığı təşviq etməyə yönəlmiş strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO