SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov doktorantura səviyyəsinə qəbul olan tələbələrlə görüşüb.
“İki sahil” xəbər verir ki, BANM-dən bildirilib ki, görüşdə kimya texnologiyası və mühəndisliyi ixtisası üzrə Elmar Əsgərzadə, Arzu Abdullayeva, Rəvan Kərimli, sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə) ixtisası üzrə Aydın Nəsirzadə, eləcə də neft və qaz yataqlarının işlənməsi və istismarı ixtisası üzrə təhsil alan Kənan Məmmədov iştirak ediblər.
Görüşdə rektor tələbələrin elmi fəaliyyətlərinin Azərbaycan və dünya enerji sektoruna mühüm töhfələr verəcəyini vurğulayıb.
Tələbələr BANM-in müasir təhsil və elmi mühitindən faydalanaraq, öz sahələrində mühüm elmi nailiyyətlər əldə etməyi hədəflədiklərini qeyd ediblər.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO