“Toraci” qasırğası bazar ertəsi səhər saatlarında Filippinin şimal-şərq sahillərini vurub və arxipelaqın ən böyük adası Lusonun Aurora əyalətini təsiri altına alıb.
“İki sahil” xəbər verir ki, qasırğa zonasında küləyin sürəti saniyədə 36 metrə, bəzən isə 50 metrə çatıb. Ölkənin şimal sahillərində hündürlüyü üç metr olan dalğalar əmələ gəlib.
Hakimiyyət orqanları qasırğa səbəbindən 2,5 min kənd sakinini məcburi şəkildə təxliyə edib. Bundan əlavə, məktəblər və ofislər bağlanıb, risk altındakı əyalətlərdə bərə reysləri, habelə daxili aviareyslər ləğv edilib.
Qeyd edək ki, “Toraci” son bir ayda Filippini vuran dördüncü güclü qasırğadır.