11 noyabr 2024 16:08
214

Aleksandar Vuçiç ilə Donald Tramp arasında telefon danışığı olub

Serbiya Prezidenti Aleksandar Vuçiç və Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

“İki sahil” xəbər verir ki, Aleksandar Vuçiç telefon danışığı zamanı Donald Trampın rəhbərliyi ilə ABŞ-la daha güclü tərəfdaşlığa inandığını vurğulayıb və xoş arzularını ifadə edib.

Serbiya Prezidenti qarşıdakı dövrdə Donald Trampla iki ölkə arasında bütün sahələrdə əlaqələrin daha da yaxşılaşdırılmasını müzakirə edəcəyinə inandığını vurğulayıb. Deyib ki, Serbiya ABŞ ilə əməkdaşlığa sadiqdir.

Aleksandar Vuçiç telefon danışığında Donald Trampın Serbiyaya səfərə gələcəyinə ümid etdiyini bildirib. Qeyd edib ki, bütün Avropada onun prezident seçilməsinə ən çox dəstək verən ölkə Serbiya olub.

Prezident Donald Tramp Serbiya vətəndaşlarından, serb xalqından aldığı böyük dəstəyə görə təşəkkür edib.