11 noyabr 2024 10:06
197

Ərdoğan İƏT-in qeyri-rəsmi zirvəsinə qatılmaq üçün Ər-Riyada gedib, oradan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının (ƏDL) qeyri-rəsmi zirvə görüşündə iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyada yola düşüb.

“İki sahil” xəbər verir ki, iclas Yaxın Şərqdəki gərginliyin azaldılması üçün nəzərdə tutulub.

Ərdoğanın toplantı çərçivəsində bir çox liderlə görüşü gözlənilir.

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı səfərindən sonra COP-da iştirak etmək üçün birbaşa Azərbaycana gələcək.