11 noyabr 2024 01:52
207

Bayden Trampla Avropa, Asiya və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək

Hazırkı Amerika lideri Cozef Bayden noyabrın 13-də Ağ Evdə yeni seçilmiş prezident Donald Trampla ABŞ-ın Avropa, Asiya və Yaxın Şərqlə bağlı siyasət prioritetlərini müzakirə edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.

“Birinci və ən mühüm mesaj ondan ibarətdir ki, Prezident Bayden ölkəmizin ən yaxşı ənənələrinə uyğun gələn və son 240 ildə hakimiyyətin bir Prezidentdən digərinə dinc və məsuliyyətli keçidinə sadiqdir. Sonra isə həm daxili, həm də xarici siyasətin əsas məsələlərinin müzakirəsinə keçəcəklər. O cümlədən Avropada, Asiyada və Yaxın Şərqdə baş verənlər. Bayden yeni seçilmiş prezident Trampa vəziyyəti necə gördüyünü, harada dayandıqlarını izah etmək və onunla vəzifəyə başladıqdan sonra bu məsələləri necə həll edəcəyi barədə danışmaq imkanı əldə edəcək”, - deyə o bildirib.