11 noyabr 2024 01:03
217

Kubada 6,8 bal gücündə zəlzələ baş verib

Kubanın cənubunda 6,8 bal gücündə zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Bartolome Maso bölgəsindən 39 kilometr cənubda olduğunu açıqlayıb.

Dərinliyi 23,5 kilometr olaraq qeydə alınan zəlzələnin maqnitudasının 6,8 bal olduğu bildirilib.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.

Tələfat barədə məlumat verilməyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”