10 noyabr 2024 22:22
206

Rusiyanın 2 PUA-sı Moldovada qəzaya uğrayıb

"Ukraynanın hava hücumundan müdafiəsini çaşdırmaq üçün istifadə edilən Rusiyanın iki pilotsuz təyyarəsi bu gün Moldovanın hava məkanını pozub, moldovalıların həyatını təhlükəyə atıb və qəzaya uğrayıb".

“İki sahil” xəbər verir ki, bu barədə Moldovanın xarici işlər naziri Mixay Popsoi “X” sosial media platformasında məlumat verib.

O əlavə edib ki, Moldova bu təcavüzkar müdaxilələri qətiyyətlə pisləyir və Rusiyanın Ukraynaya qarşı müharibəsini bir daha pisləyir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”