10 noyabr 2024 19:47
217

Tramp ABŞ-ın Paris razılaşmasından çıxması üçün sərəncam imzalamağa hazırdır

Donald Tramp seçki kampaniyası zamanı vəd etdiyi və səlahiyyətlərinin ilk günündə ABŞ-ın Paris iqlim sazişindən yenidən çıxması haqqında sərəncam imzalayacaq.

“İki sahil” xəbər verir ki, bu barədə “The Wall Street Journal” Trampa yaxın olan rəhbər şəxslərə istinadən yazıb.

Nəşr qeyd edib ki, sərəncam yekunlaşıb və imzaya hazırdır. Bu addım Bakıda keçiriləcək COP29-un açılışı ərəfəsində təsdiqlənib.

Bu arada, Angelusda Papa konfransın "ümumi evimizin qorunmasına" təsirli töhfə verəcəyinə ümid etdi.

Məhərrəm Ağalaroğlu, “İki sahil”