10 noyabr 2024 19:18
212

İtaliya, Fransa və Yunanıstana məxsus şirkətlər İsrailə uçuşları dayandırıblar

İtaliya, Fransa və Yunanıstana məxsus hava yolu şirkətlərinin təhlükəsizliklə əlaqədar İsrailə gediş-gəliş uçuşlarını dayandırıb.

“İki sahil” xəbər verir ki, bunu “İsrail Hayom” qəzetinin məlumatına görə, İtaliyanın İTA hava yolu şirkəti yanvarın 12-dək İsrailə və əks istiqamətə uçuşları dayandırdığını açıqlayıb.

Bildirilib ki, İTA İsraildə müntəzəm fəaliyyət göstərən yeganə italyan şirkətidir.

Məlumata görə, Fransanın Hava Yolları “Air France” də dekabrın 26-dək İsrailə bütün uçuşları ləğv edib.

Digər tərəfdən Yunanıstanın “Ege Hava Yolları” dekabrın 3-nə qədər İsrailə uçuşlar etməyəcəyini açıqlayıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”