10 noyabr 2024 15:08
211

Təhlükəsizlik qüvvələrinə hücum edən 253 adam tutuldu

Türkiyədə qanunsuz nümayişlərə qatılan, təhlükəsizlik qüvvələrinə daş atan və onlara fiziki hücum edən 226-sı terror, 27-si təhlükəsizlik cinayəti törətməkdə şübhəli bilinən 253 şübhəli yaxalanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi sosial media hesabında məlumat yayıb.

Qeyd edilib ki, onlardan 37-si barəsində məhkəmə nəzarəti, 3-ü barəsində isə ev dustaqlığı qərarı verilib.

Digərlərinin əməliyyatları davam edir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”