Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Domodedovo və Jukovski hava limanlarında müvəqqəti olaraq məhdudiyyətlər tətbiq olunması barədə məlumat vermişdik.
“İki sahil” Rusiya KİV-i Federal Hava Nəqliyyatı Agentliyinin bəyanatına istinadən bildirir ki, mülki təyyarələrin uçuşlarının təhlükəsizliyi üçün yerli vaxtla saat 10:45-də “Şeremetyevo” hava limanının fəaliyyətinə də müvəqqəti məhdudiyyətlər tətbiq edilib.