10 noyabr 2024 09:55
201

ABŞ və Britaniya husi obyektlərinə hücum edib

Amerika Birləşmiş Ştatları və Böyük Britaniya "Ənsar Allah" (husilər) hərəkatının nəzarətində olan Sənadakı hərbi obyektlərinə bir sıra hava zərbələri endiriblər.

“İki sahil” xəbər verir ki, bu barədə TASS-a hərəkatdakı mənbə məlumat verib. "Amerika və Britaniya qüvvələri şənbə axşamı Sənaya üç zərbə endirərək şəhərin bir neçə rayonunda hərbi bazalara və silah anbarlarına hücum ediblər. Təyyarələr Yəmən hava məkanında fəaliyyət göstəriblər”, – agentliyin həmsöhbəti bildirib. Mənbənin sözlərinə görə, Ən-Nahdeyn, Əs-Sabin və Əl-Hafa rayonları zərbələrə məruz qalıb. “Şəhərdə güclü partlayışlar eşidilib”, – o, hücumun nəticələri, o cümlədən mümkün ölənlər və yaralananlar barədə məlumat verməkdən imtina edib.