09 noyabr 2024 23:37
214

Borrell: Aİ qışın sonuna qədər 75 min Ukrayna əsgərinə təlim keçəcək

Avropa İttifaqı qışın sonuna qədər Ukrayna Silahlı Qüvvələrinin 75 min hərbi qulluqçusuna təlim keçəcək.

“İki sahil” xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bildirib.

“Biz artıq 60 min ukraynalı hərbçiyə təlim keçmişik, qışın sonuna qədər bu rəqəm 75 min olacaq. Təlimlərin Ukrayna ərazisinə keçirilməsi ilə bağlı konsensus yoxdur”, - diplomat vurğulayıb.